Pakistanda dini məktəbə gedərkən itkin düşən 15 yaşlı qızın ölümü ilə bağlı araşdırma aparılır.
“DAWN” nəşrinin məlumatına görə, yeniyetmə dərsə getmək üçün evdən çıxıb, lakin axşamadək geri qayıtmayıb. Valideynləri qızlarının niyə evə dönmədiyini öyrənmək üçün onun müəllimi ilə əlaqə saxlayıblar.
Müəllim isə yeniyetmənin həmin gün dərsə gəlmədiyini bildirib.
Bundan sonra ailə üzvləri qızı özləri axtarmağa başlayıblar. Axtarışlar nəticə vermədikdən sonra onlar polisə müraciət ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının görüntülərini araşdıraraq qızın itkin düşməzdən əvvəl əmisi ilə danışdığını müəyyən ediblər.
Daha sonra yeniyetmənin meyiti qohumuna məxsus evdə aşkarlanıb.
Ekspertiza zamanı onun boyun nahiyəsində sınıq, boğulma və işgəncə izləri müəyyən edilib.
İlkin ehtimala görə, hadisədə qızın əmisinin əli ola bilər. Hadisənin motivi isə hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma davam edir.

