Sumqayıt şəhərində azyaşlı qızın meyiti tapılıb.
“DenMedia.az” xəbər verir ki, hadisə 3-cü mikrorayon ərazisində yerləşən mənzillərdən birində baş verib.
2013-cü il təvəllüdlü Ə. Məmmədova yaşadığı evdə ölü halda aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müvafiq ekspertizaya təqdim edilib.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

