Yaşayış binasında güclü yanğın başlayıb. Alov qısa vaxt ərzində mənzili öz ağışuna alıb. Hadisəyə yerinə aidiyyatı qurumlar cəlb olunaraq əhalinin təxliyyəsinə başlanılıb. Görüntülər Abşeron rayonun Ceyranbatan qəsəbəsindəki çoxmərtəbəli yaşayış binasındandır.
Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verməsi barədə FHN-nin 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə , FHN qüvvələri, polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, mənzil sahibi Zeynəb adlı xanım həmin vaxt evdə olmadığından, yanğından qonşular xəbər tutub. Dərhal aidiyyatı üzrə məlumat veriblər.
FHN-dən bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bina sakinləri təxliyə olunub, tüstüdən zəhərlənmə ehtimalı olan insanlara ilkin tibbi yardım göstərilib . Hadisə zamanı xəsarət alan olmayıb.
Nizami Rəsulov
Denmedia.az

