Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evində yanğın baş verib.
Yanğın Kəmalə Qasımovaya məxsus ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.
Alov nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin 40 kvadratmetri yanıb. Yanğının binadakı digər mənzillərə keçməsinin qarşısı alınıb.
Əraziyə iki yanğınsöndürən avtomobil və təcili tibbi yardım briqadası cəlb edilib.
Tüstüdən zəhərlənən ev sahibi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, yanğına ildırım çaxması nəticəsində yaranan qısaqapanma səbəb olub.



