Bakının Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Sabunçu qəsəbəsi, İ. Əfəndiyev küçəsində qeydə alınıb. Məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan, 10 otaqdan ibarət birmərtəbəli mansard tipli evin mansard hissəsində bir otağın 20 kvadratmetr sahədə yanar konstruksiyaları, birinci mərtəbədə isə bir otağın 16 kvadratmetr sahədə tavanı yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

