25 
fev
2024
23:19
130

Zaqatalada dördotaqlı ev yandı

25 fev, 2024
23:19
130

Zaqatalada dördotaqlı ev yandı

Zaqatalada dördotaqlı fərdi yaşayış evində yanğın olub.

Den.az-ın məlumatına görə, yanğın rayonun Aşağı Tala kəndində, kənd sakini Kənan Hacıməhəmməd oğlu Rəcəbova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində 40 kvadratmetr olan bir otağın yanar konstruksiyası əşyaları ilə birlikdə və daş örtüyünün 10 kvadratmetrlik sahəsi yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar