Dünən axşam saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil yanıb.
Yanğın “Yeni Bakı” yaşayış kompleksinin həyətində qeydə alınıb.
İlkin məlumata görə, həyətdə park edilmiş avtomobillərdən biri alovlanıb. Daha sonra alov yaxınlıqdakı digər avtomobillərə keçib.
Nəticədə 3 avtomobil tamamilə yanıb, daha bir avtomobil isə qismən yanaraq yararsız vəziyyətə düşüb.
Əraziyə yanğınsöndürənlər cəlb olunub və alov söndürülüb.
Yanğının başvermə səbəbi araşdırılır.

