Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Denmedia.az xəbər verir ki, hadisə Yaşma bağları 78-ci döngə adlanan ərazidə baş verib.
32 yaşlı Məzahir Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Qonşuların verdiyi məlumata görə, Məzahir ərazidə fermer təsarrüfatı ilə məşğul imiş. Ötən gün heyvanlarına baş çəkmək üçün təsarüfatında çalışan insanlara baş çəkməyə gəlib. Elə bir gecə qalıb. Səhər tezdən hamada yuyunmaq istəyib. Nəticədə faciəvi hadisə baş verib.
Qeyd edək ki, mərhum ailəli olub.
Mərhumun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

