Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobili motosikletlə toqquşub.
Toqquşma nəticəsində motosikletdə olan 18 və 19 yaşlarında olan iki gənc, Allahverən Məlikov və Fərid Yusifov həyatını itirib.
Hər iki gənc Yeni bakı yaşayış massivində kuryer kimi fəaliyyət göstərirmiş. Şahidlərin verdiyi məlumata görə, qəza baş verən ərazi sərt döngədir və yolda işıqlandırma sistemi yoxdur. Həmin yolda tez-tez ağır yol nəqliyyat hadisələri baş verir.
Qeyd edək ki, qəza güclü olduğundan motosiklet parçalara ayrılıb. Ölən iki gənc isə tanınmaz hala düşüb. KİA markalı avtomobil də qəzadan sonra yararsız halda olub.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

