İsmayıllı rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, qəza rayonun Qurbanəfəndi kəndi istiqamətində yerləşən yolda qeydə alınıb.
İlkin məlumata görə, “Opel” markalı minik avtomobili ilə “Honda” markalı motosiklet toqquşub. Hadisə nəticəsində avtomobildə olan iki nəfər, eləcə də motosikletin sürücüsü həyatını itirib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən motosiklet sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə motosiklet sürücüsünün meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Beləliklə, yol qəzası nəticəsində ümumilikdə üç nəfər həyatını itirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

