Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb.
Hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, rayonun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyev səhər saatlarında dəmir yolu xəttini keçərkən qatarın vurması nəticəsində həyatını itirib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda faciənin başvermə səbəbləri araşdırılır.

