Kürdəmirdə bədbəxt hadisə baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki 51 yaşlı Ağsu rayon sakini Zahir Hacıalıyev qoyun otarma növbəsindən qayıdarkən onu ildırım vurub və o elə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvanda tələf olub.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Əlibala Əsgərov
Denmedia.az

