Bakı-Qazax magistralında iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza magistralın 83-cü kilometrliyində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, qoşqulu TIR yük avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində TIR yoldan çıxaraq aşıb. Sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

