Hacıqabul rayonu ərazisində növbəti yol-nəqliyyat hadisəsi baş verib.
"Denmedia.az"ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl deyilən ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili qarşıda gedən "KAmaz" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü sükan arxasında sıxılmış vəziyyətdə qalaraq ölüb. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sıxılmış vəziyyətdə qalan sürücünün meyitini çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Dünyasını dəyişən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.
Müxtəlif dərəcəli xəsarətlər alan "KAmaz"ın sürücüsü, 1980-ci il təvəllüdlü, Gədəbəy rayon sakini İbrahimov Rəhman Sahib oğlu Hacıqabul rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki,bundan əvvəl Hacıqabul rayonu ərazisində iki yük avtomobili toqquşub. Qəzada Qocayev Aydın Qoca oğlu hadisə yerində dünyasını dəyişib.

