Banqladeşdə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 14 nəfər ölüb, daha 26 nəfər xəsarət alıb.
Bu barədə Bdnews24 portalı məlumat yayıb.
Bildirilib ki, hadisə Natore–Pabna magistral yolunun Barayqram rayonu ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, qum daşıyan yük maşını Barişal şəhərindən hərəkət edən sərnişin avtobusu ilə üzbəüz toqquşub.
“Barayqram rayonunda avtobusla yük maşınının üzbəüz toqquşması nəticəsində azı 14 nəfər həlak olub, daha ən azı 26 nəfər yaralanıb”, – deyə məlumatda qeyd olunub.
Hadisə zamanı yük maşınının avtobusa çırpıldığı bildirilir.
Yaralılara tibbi yardım göstərilir.
Hazırda qəzanın başvermə şəraiti araşdırılır.

