Nigerin cənubunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər həyatını itirib, 37 nəfər yaralanıb.
Ölkənin informasiya agentliyinin Nəqliyyat Nazirliyinə istinadən yaydığı məlumata görə, qəzada Maradidən hərbçiləri daşıyan SONITRAV şirkətinə məxsus avtobusla Madaouadan hərəkət edən STM şirkətinin avtobusu toqquşub.
Güclü zərbədən sonra STM avtobusu 170 metr, SONITRAV avtobusu isə 96 metr sürüşüb. Hər iki avtobusun sürücüsü hadisə yerində ölüb.
Sərnişinlər arasında 17 Niger hərbçisinin də olduğu bildirilir.

