Tovuz rayonunda yerli sakin odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.
Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Məlumata görə, 1970-ci il təvəllüdlü Elman Hüseynov yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Bildirilir ki, E.Hüseynov ailəli olub və dörd övladı var. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

