sen
2023
13:26
245

Neftçalada gənc oğlan həmkəndlisini GÜLLƏLƏDİ

1 sen, 2023
13:26
245

Neftçalada gənc oğlan həmkəndlisini GÜLLƏLƏDİ

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 53 yaşlı şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Den.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 29 yaşlı Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar