Neftçala rayonunda 3 yaşlı uşaq faciəvi yol qəzasında həyatını itirib.
Hadisə rayonun Pirətəvanə kəndində baş verib.
Məlumata görə, Həsənabad qəsəbəsinin sakini olan 3 yaşlı uşaq velosipedlə hərəkət edərkən traktorun qoşqusunun altında qalıb.
Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

