Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə R.Məmmədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, 4 yaşlı İ.Q. yaşadığı mənzilin 13-cü mərtəbəsindəki pəncərədən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

