İmişli rayonunda 5 yaşlı uşaq traktorun altında qalaraq həyatını itirib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində baş verib.
Məlumata əsasən, 2021-ci il təvəllüdlü Ömər Xəlilov velosiped sürərkən traktorun altında qalıb.
Ağır xəsarətlər alan uşaq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

