Tovuzda bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Denmedia.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Xaqani küçəsində qeydə alınıb.
Nizami Qurbanov və 1988-ci il təvəllüdlü U.Abdullayev bıçaq xəsarətləri alıblar.
Nizami Qurbanov aldığı xəsarətlərdən həyatını itirib. U.Abdullayev isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılıb. İlkin ehtimala görə, hər iki şəxsə bıçaq xəsarətlərini o yetirib.
Faktla bağlı araşdırma davam etdirilir.

