Abşeronda minlərlə vətəndaşı hədəf alan dələduzluq hallarından biri qeydə alınıb.
Denmedia.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində baş verib.
İkinci qrup hərbi xidmət əlili olan Əlif Abdullayev ev almaq arzusu ilə ağır vəziyyətlə üzləşib. O, mənzil sahibi olmaq üçün əlində olan 92 min manat vəsaiti borc müqaviləsi əsasında evi satışa çıxaran Vüsal Əhliqar və Elvin adlı şəxslərə təqdim edib.
Lakin bir müddət keçdikdən sonra vətəndaşa evin sənədlərində problem olduğunu, həmin ərazinin sürüşmə zonasına düşməsini bəhanə edərək müxtəlif yalanlarla vaxt uzadıblar. Araşdırmalar nəticəsində məlum olub ki, ikinci qrup əlil sadəcə olaraq aldadılıb. Nəticədə o, nə ödədiyi külli miqdarda pulunu geri ala bilir, nə də vəd olunan evə sahib ola bilib.
Baş verən dələduzluq faktı ilə bağlı zərərçəkən tərəfindən hüquq-mühafizə orqanlarına – polisə məlumat verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

