Abşeronda 1-ci qrup olan şəxsin 30 min manatı dələduzluq yolu ilə mənimsənilib.
Bu barədə Den.az-a müsahibəsində əlil şəxsin həyat yoldaşı Samirə Abbasova bildirib.
Belə ki, vətəndaş fərdi ev sahibi olmaq üçün bu işi görən rieltorla müqavilə bağlasa da, aylardır öz mənzilinə köçə bilmir. Buna səbəb isə tikintini həyata keçirən şəxslərin verdiyi vədə xilaf çıxmasıdır.
Abşeron rayon Masazır qəsəbəsində aldadıldığını iddia edən Samirə Abbasova deyir ki, fərdi qaydada müqavilə bağlayaraq 30 min manat pul ödəyib. Əvəzində isə ona Masazır qəsəbəsində tam təmirli 3 otaqlı fərdi evin tikilərək təhvil veriləcəyi bildirilib. Verilən vaxt ayın 10-da bitsə də, evin tikintisi tam başa çatdırılmayıb.
Şikayətçi iddia edir ki, Bəxtiyar Əsədov və onun həyat yoldaşı Susanə Əsədova bir neçə şəxsdən pul alaraq ev tikəcəyini vəd edib. Beləcə digər insanları da aldadaraq pulunu mənimsəyib. Bu azmış kimi, məlum olub ki, tikilən fərdi yaşayış evinin torpaq sahəsi də Samirə Abbasovanın adına rəsmiləşdirilməyib. İndi torpağı Bəxtiyar Əsədova satan şəxs pulunun tam ödənilmədiyini iddia edərək evin tikintisinə imkan vermir. Beləcə vətəndaş nə evini, nə də ödədiyi pulu geri ala bilir.
Vətəndaşı aldatdığı iddia edilən Bəxtiyar Əsədovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz boşa çıxdığından, elə şikayətçi ilə birlikdə onun yaşadığı ünvana üz tutduq. Bizi binanın blokunda qarşılayan Bəxtiyar Əsədov iddiaların qismən doğru olduğunu etiraf etdi və maliyyə çatışmazlığı səbəbindən fərdi yaşayış sahəsinin tikilib vaxtında təhvil verilmədiyini bildirdi. Ancaq yaxın vaxtlarda problemi həll edəcəyinə söz verdi.
Vətəndaş Samirə Abbasova verilən müddətdə mənzilinin ona təhvil verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Abşeronda 1-ci qrup əlilin 30 min manatını görün necə mənimsəyiblər? -VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.