Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, qəza Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

