Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

