sen
2023
17:30
225

Tərtərdə ağır yol qəzası - Ölü və yaralı var

5 sen, 2023
17:30
225

Tərtərdə ağır yol qəzası - Ölü və yaralı var

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Den.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan "Opel" markalı avtomobil qarşıdan gələn "VAZ2106” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sərnişini Novruzov Kənan Sərhad oğlu hadisə yerində həyatını itirib.

“VAZ”ın sürücüsü Nurlan Şirinov ilə "Opel"inn sürücüsü Məmmədov Qabil müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar