Rusiyada kişi boşanmaq istəyən arvadını boğaraq onun pulunu oğurlayıb.
Den.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Leninqrad vilayəti, Sosnovıy Borda qəsəbəsində baş verib. Gənc qadın yaşadığı evdə zorakılıqla öldürülmüş vəziyyətdə tapılıb. Məlumata görə, tikinti ləvazimatları mağazasında satıcı işləyən 27 yaşlı qadın iş yoldaşları ilə görüşməli imiş. Lakin ondan bir xəbər çıxmadığı üçün narahat olan dostlar polisə məlumat veriblər.
Mənzilin qapısını açan polislər çarpayıda qadının meyitini tapıblar. Onun cəsədi ədyala bükülmüş vəziyyətdə olub. Mərhumun ölümündən sonra yoxa çıxan əri qətldə şübhəli bilinib.
Dostları iddia edirlər ki, kişi narkotik aludəçisi olub, həyat yoldaşı isə normal həyat sürüb və işləyirmiş.
Araşdırmalar zamanı o da məlum olub ki, qadın ölümündən əvvəl 100 min rubl (təxminən 1760 manat) maaş alıb. Həmçinin mərhumun bank kartı və mobil telefonunun itdiyi də üzə çıxıb.
Ehtimal olunur ki, qətlin səbəbi oğurluq olub. Belə ki, əvvəlcə qadının başına zərbələr endirilib, daha sonra şarj naqili ilə boğularaq öldürülüb.
Hazırda qadının əri şübhəli şəxs kimi axtarılır.
Boşanmaq istəyən arvadını öldürüb, qarət etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.