26 
iyl
2023
13:30
219

İtkin düşən kişinin cəsədi timsahın içindən tapıldı

26 iyl, 2023
13:30
219

İtkin düşən kişinin cəsədi timsahın içindən tapıldı

Malayziyada itkin düşən kişinin cəsədi timsahın içərisində tapılıb. Qalıqların DNT analizi onların axtarışda olan şəxsə aid olduğunu təsdiqləyib.

Den.az-ın xarici mediaya istinadən məlumatına görə, mərhumun adı Addi Banqsa olub, onun 60 yaşı var idi. Yaxınları onun itkin düşməsi barədə polisə məlumat veriblər, bundan sonra axtarışlara başlanılıb. İstintaq zamanı kişinin timsahın şikarına çevrilə biləcəyinə dair məlumatlar ortaya çıxıb və bu, tutulan sürünənlərin yarılması zamanı təsdiq edilib.

Yanğın-xilasetmə məntəqəsinin rəisi bildirib ki, timsahın mədəsinin yarılması zamanı mərhumun ailə üzvləri iştirak edib. Yırtıcının içərisində insan qalıqları tapılıb və ekspertiza onların Banqsa aid olduğunu təsdiqləyib.

Polisdə əlavə edilib ki, malayziyalıya hücum edən timsahın çəkisi təxminən 800 kiloqram, uzunluğu isə dörd metrdən çox olub. Hadisəni şərh edən yerli hakimiyyət orqanları yırtıcıların insanlara hücum etməsi hallarını əhaliyə xatırladıb və sakinlərdən diqqətli olmağı xahiş edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar