Mənzildə təmir işləri aparan ər və həyat yoldaşı ani partlayışın qurbanı olub.
“Den.az” xəbər verir ki, hadisə Sumqayıt şəhər 10-cu mikrorayon, bina 27, mənzil 54-də qeydə alınıb.
Partlayış baş verən əraziyə dərhal FHN-nin Sumqayıt şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım Xəstəxanasının əməkdaşları cəlb olunub. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb .
Zərərçəkmişlərin yaxınları və qonşuların verdiyi məlumata görə, Vitali Nəcəfov və Səbinə Nəcəfova özləri mənzildə təmir işləri aparırmış. Texniki səhv etdiklərinə görə güclü partlayış olub.
Faktla bağlı araşdırma aparılır
“Den.az”