15 
yan
2024
22:53
456

Sumqayıtdakı dəhşətli partlayışın təfərrüatları məlum oldu - VİDEO

15 yan, 2024
22:53
456

Sumqayıtdakı dəhşətli partlayışın təfərrüatları məlum oldu - VİDEO

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında yanğınla müşahidə olunmayan partlayış baş verib.

Denaz.tv-nin hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 50 kv.m olan mənzildə qeydə alınıb.

İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.

1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.

Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.


Müşviq Tofiqoğlu,

Nizami Rəsulov,

Denaz.tv

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar