10 
dek
2023
12:58
306

Ceyranbatanda baş verən güclü partlayışda qadın ağır yanıq xəsarətləri alıb-EV SAHİBİ DANIŞDI-VİDEO

10 dek, 2023
12:58
306

Ceyranbatanda baş verən güclü partlayışda qadın ağır yanıq xəsarətləri alıb-EV SAHİBİ DANIŞDI-VİDEO

PARTLAYIŞLA MÜŞAHİDƏ EDİLƏN HADİSƏ CEYRANBATAN QƏSƏBƏ, EV 1 MƏNZİL 18-DƏ QEYDƏ ALINIB. 

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzilin sahibi 70 yaşlı İbadova Lyudmila Viktorovna xəsarət alıb. 
Yaralının vəziiyəti ağır olduğundan o bakıda 5 saylı yanıq mərkəzi aparılıb. Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzindən XəzərXəbər bildirilib ki, İbadova Lyudmila Viktorovna üzün və hər iki əlin termik yanığı ilə mərkəzə yerləşdirilib, vəziyyəti stabildir. 
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar