11 
yan
2024
11:37
147

Qusarda bağdan 31 minlik oğurluq edənlər TUTULDU

11 yan, 2024
11:37
147

Qusarda bağdan 31 minlik oğurluq edənlər TUTULDU

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Den.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Quxur-oba kənd sakin Nurmət Əskərov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan meyvə bağından  ümumi dəyəri 30 000 (otuz min) manat olan su borularını oğurlaması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri   Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar.
Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 (min səkkiz yüz) manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar