fev
2024
09:48
112

Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən şəxslər saxlanılıblar-FOTO/ VİDEO

8 fev, 2024
09:48
112

Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən şəxslər saxlanılıblar-FOTO/ VİDEO

Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən  şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan Den.az-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.
Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı  1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə  aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən  soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1512 (min beş yüz on iki) manat ziyan vurub.

Faktlarla bağlı Qusar  RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar