22 
fev
2024
11:57
128

Yük maşınından 6400 dollar oğurlayan şəxs saxlanıldı

22 fev, 2024
11:57
128

Yük maşınından 6400 dollar oğurlayan şəxs saxlanıldı

Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.

Den.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar