dek
2023
10:35
187

Bakıda maşından 38 minlik qızıl OĞURLANDI

7 dek, 2023
10:35
187

Bakıda maşından 38 minlik qızıl OĞURLANDI

Bakıda avtomobildən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 30 yaşlı T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar