ABŞ son günlər Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına ümumilikdə altı ədəd E-3C Sentry AWACS uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsi yerləşdirib. Bu barədə Flightradar24 aviasiya resursunun məlumatlarında qeyd olunub.
Məlumata görə, son iki təyyarə ABŞ-dən transatlantik uçuş həyata keçirərək Avropada aralıq eniş etdikdən sonra Səudiyyə Ərəbistanına çatıb.
Çinin peyk məlumat provayderi MizarVision isə aviabazanın peyk görüntülərini yayımlayıb. Kadrlarda altı təyyarənin hamısının bazada olduğu görünür.

