İranın İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə Amazonun data-mərkəzinə dron zərbəsi endirdiyini açıqlayıb.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) pilotsuz uçuş aparatlarından istifadə edərək ABŞ-ın Amazon şirkətinə məxsus Bəhreyndə yerləşən data-mərkəzi hədəfə alıb.
Məlumata görə, sözügedən obyekt Yaxın Şərqdə ABŞ-a məxsus ən böyük məlumat emalı mərkəzlərindən biri hesab olunur.
Qeyd olunub ki, əməliyyatın məqsədi bu data-mərkəzlərin İran əleyhinə ABŞ-ın hərbi və kəşfiyyat fəaliyyətlərinə hansı rol oynadığını müəyyənləşdirmək olub.

