İranın elit hərbi birləşməsi – SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ABŞ bazasına istiqamətlənən yeni pilotsuz uçuş aparatları seriyasını işə salıb. Bu barədə Fars agentliyi məlumat yayıb.
Bildirilir ki, hücum “Doğru vəd – 4” əməliyyatının on üçüncü mərhələsi çərçivəsində həyata keçirilib.
Məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə məxsus PUA-lar Küveytdə yerləşən ABŞ-ın Ərifcan bazasını hədəf alıb.
Hadisə ilə bağlı rəsmi təsdiq və ya zərərin miqyası barədə əlavə məlumat hələ açıqlanmayıb.

