ABŞ ordusu Fort Hood bazasında yeraltı təlimlərinə başlayıb. Bu barədə Fox News telekanalı məlumat yayıb.
Təlimlərdə təxminən 300 hərbçi iştirak edir. Bildirilir ki, hərbçilər dron təhlükəsinin artması səbəbindən yeraltı tunellərdə fəaliyyətləri aktiv şəkildə məşq edir, eyni zamanda döyüş şəraitində kütləvi yaralanmalarla mübarizə aparmağı öyrənirlər.
Bu təlimlərin məqsədi şəxsi heyəti qapalı məkanlarda döyüşə hazırlamaqdır.
Qeyd olunur ki, bu cür manevrlər ABŞ-da ilk dəfə keçirilmir. Bir neçə il əvvəl də hərbçilər katakombalar, tunellər və şəhər mühitində təlim keçmişdilər.
Həmin proqram üçün təxminən 500 milyon dollar vəsait ayrılmışdı. O zaman 31 bölmədən 26-sı yenidən hazırlıqdan keçərək dar və məhdud məkanlarda əməliyyatları icra etməyi məşq etmişdi.

