ABŞ və Böyük Britaniya orduları Rusiya sərhədinə yaxın ərazidə “Qış düşərgəsi” adlı hərbi təlimlər keçirib. Təlimlərdə döyüş tanklarından istifadə olunub.
Bu barədə Military Watch Magazine məlumat yayıb. Nəşrin bildirdiyinə görə, manevrlər Estoniyanın Tapa şəhəri yaxınlığında təşkil olunub. Həmin ərazi Rusiya sərhədindən təxminən 100 kilometr məsafədə yerləşir.
Məqalədə vurğulanır ki, təlimlərin məhz Rusiya sərhədinə yaxın zonada keçirilməsi, Moskva ilə Qərb bloku ölkələri arasında yüksək gərginlik fonunda güclü siyasi və hərbi mesaj kimi qiymətləndirilir. Nəşrin fikrincə, bu addım Qərbin Rusiyaya yönəlmiş açıq xəbərdarlığıdır.

