ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) haker qrupu Handala Hack Team barədə məlumat verənlər üçün 10 milyon dollar mükafat elan edib.
Bildirilir ki, qrup FBI direktoru Keş Patelın şəxsi elektron poçtunu sındıraraq təxminən 300 məktub və şəxsi fotoları yayıb. Hakerlər bunun yalnız əldə etdikləri məlumatların bir hissəsi olduğunu iddia edib.
FBI vurğulayıb ki, sızdırılan materiallar yalnız şəxsi yazışmalardır və məxfi məlumatlara çıxış olmayıb.
Eyni zamanda qurum hesab edir ki, bu qrup İranla əlaqəli kiberhücumlarda iştirak edir.
Qeyd olunur ki, Handala Hack Team daha əvvəl ABŞ-ın Stryker şirkətinə qarşı genişmiqyaslı hücuma görə məsuliyyəti üzərinə götürüb.
ABŞ mediası, o cümlədən The New York Times, hakerlərin infrastrukturunun Rusiya ilə mümkün əlaqəsini də istisna etməyib.

