ABŞ və İsrail İranda yerləşən B1 körpüsünə zərbə endirib. Bu barədə Quds portalı məlumat yayıb.
Məlumata görə, B1 körpüsü Tehranı ölkənin qərb regionları ilə birləşdirən əsas infrastruktur obyektlərindən biri hesab olunurdu və mühəndislik baxımından unikal qurğu sayılırdı.
“Sionist rejim və ABŞ tərəfindən həyata keçirilən hücum nəticəsində İranın mühəndislik şah əsərlərindən biri sayılan və dünyanın ən mürəkkəb tikililərindən olan B1 körpüsü dağıdılıb,” — deyə yerli KİV-lər bildirir.
Körpü Kerec şəhərində yerləşir və iki dəfə zərbəyə məruz qalıb. İkinci zərbə hadisə yerində artıq xilasetmə xidmətləri işləyən zaman endirilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd olunur ki, körpü bu ilin əvvəlində istifadəyə verilib və Yaxın Şərqdə ən hündür körpü hesab olunur. Bununla yanaşı, obyekt hələ tam istismara verilməmişdi və tikintinin son mərhələsində idi.
Digər məlumatlara görə, zərbəyə məruz qalan keçid Tehran ilə ölkənin qərb bölgələri arasında nəqliyyat əlaqəsini təmin edən əsas infrastruktur obyektlərindən biri idi.

