Küveyt hərbçiləri son sutka ərzində onlarla İran raketi və pilotsuz uçuş aparatının hücumlarının qarşısını aldıqlarını bildiriblər. Hədəflər arasında elektrik stansiyaları, duzsuzlaşdırma qurğuları və neft obyektləri olub.
Küveyt Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saatda ölkənin hava məkanına 9 ballistik raket, 4 qanadlı raket və 31 pilotsuz uçuş aparatı daxil olub.
“Hücumlar nəticəsində əhəmiyyətli maddi ziyan dəyib və ayrı-ayrı yanğınlar baş verib, lakin onlar aradan qaldırılıb”, — deyə nazirlik bildirib.
Hadisə nəticəsində ölənlərin olmadığı qeyd olunub.

