İran silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və ABŞ tərəfindən hücum olacağı təqdirdə “əvvəlcədən müəyyən edilmiş hədəflərə” dərhal zərbə endiriləcək. Bu barədə Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının rəsmi nümayəndəsi İbrahim Zolfaqari bildirib.
Onun sözlərinə görə, İranın döyüş qabiliyyətli qüvvələri uzun müddətdir tam hazırlıq vəziyyətindədir.
Zolfaqari əlavə edib ki, hər hansı “aqressiya və ya düşmən hərəkəti” baş verərsə, İran qüvvələri dərhal və güclü şəkildə əvvəlcədən müəyyən edilmiş hədəflərə hücum edəcək.
Bu açıqlama Donald Trampın ABŞ-ın İranla atəşkəsi uzatması, eyni zamanda İran limanlarına qarşı dəniz blokadasının davam edəcəyi barədə açıqlamasından sonra verilib.

