İran İsrailin diplomatik obyektlərinə hücum edəcəyi təqdirdə, bölgədəki bütün İsrail səfirliklərinə zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə “Mehr” agentliyi “Xatam əl-Ənbiya” mərkəzi qərargahına istinadən məlumat yayıb.
“İsrailin İran səfirliklərinə hər hansı hücumu bölgədəki bütün İsrail səfirliklərini İran Silahlı Qüvvələri üçün qanuni hədəfə çevirəcək,” — deyə bəyanatda bildirilib.

