İran ABŞ və İsraillə münaqişədə müdafiə taktikasından hücum strategiyasına keçdiyini açıqlayıb. Bu barədə “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının komandanı general-mayor Əli Abdollahi bildirib.
Onun sözlərinə görə, hazırda İran Silahlı Qüvvələri maksimum effektiv fəaliyyət göstərir və rəqibə təzyiqi artırır.
“Silahlı qüvvələr gənc və məqsədyönlü alimlərin sayəsində müasir silahlar istehsal edir. Bu silahlar rəqibin hesablamalarını pozmağa kömək edəcək. Bu tendensiyanı davam etdirəcək və döyüş meydanında yeni sürprizlər təqdim edəcəyik”, – deyə Abdollahi vurğulayıb.
O əlavə edib ki, qarşı tərəf artıq İranın imkanlarını qiymətləndirməkdə səhv etdiyini müəyyən qədər anlayıb.

