ABŞ İranın qalan raket potensialını tamamilə məhv etmək istədiyini bildirib. Bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
O, bu sözləri Tehranın münaqişənin tənzimlənməsi ilə bağlı göndərdiyi təkliflərdən sonra deyib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton Tehranın raket proqramını təhlükə amili kimi qiymətləndirir və onun maksimum məhdudlaşdırılmasına çalışacaq.
Tramp həmçinin Tehranın təkliflərinə münasibət bildirərək qeyd edib ki, Vaşinqtonun onları qəbul etməsi ehtimalı azdır. Onun sözlərinə görə, Tehran guya öz hərəkətlərinə görə kifayət qədər yüksək qiymət ödəməyib.

