ABŞ və İsrailin hücumlarına baxmayaraq, ekspertlər İranın raket proqramının tamamilə məhv edilməsinin mümkün olmadığını bildirir.
The Washington Post nəşrinin peyk görüntülərinə istinadən verdiyi məlumata görə, əməliyyat başlayandan bəri İranda ballistik raket istehsalı ilə bağlı dörd əsas obyektə ziyan dəyib.
“Bəzi ekspertlər raket proqramının tam məhv edilə biləcəyinə şübhə edir”
Mütəxəssislər qeyd edir ki, İran əvvəlki hücumlardan sonra bərpa təcrübəsinə malikdir və xarici təchizat zəncirlərinə çıxışı var.
Bundan əlavə, bildirilir ki, Tehran mobil raket qurğularından istifadə edir və onların sayı məlum deyil.

