İsrail Ordusu (SAXAL) Livanın cənubunda yerləşən “Hizbullah” hərəkatına aid üç komanda mərkəzinə aviazərbələr endirdiyini açıqlayıb.
Hərbçilərin Telegram kanalında yaydığı bəyanata görə, bu addım atəşkəs razılaşmasının pozulmasına birbaşa cavab olaraq atılıb.
“İsrail Müdafiə Ordusuna məxsus gəmi “Hizbullah”a aid üç hərbi posta zərbə endirib. Onlardan ikisi müşahidə postu, üçüncüsü isə fövqəladə hallar zamanı “Hizbullah” qüvvələri tərəfindən istifadə edilən post olub”, — deyə ÇAXAL-ın açıqlamasında bildirilib.
Bundan əvvəl “Hizbullah” hərəkatının baş katibi şeyx Naim Qasım jurnalistlərə açıqlamasında İsrailin Livanda ilkin məqsədlərinə nail ola bilmədiyini bildirib.
Onun sözlərinə görə, İsrail qoşunlarını tam şəkildə geri çəkməlidir, çünki Tel-Əvivin “təcavüzü” açıq şəkildə uğursuzluğa düçar olub.
Naim Qasım vurğulayıb ki, hazırda İsrail tərəfinin faktiki olaraq sülh yolu ilə alternativləri qalmayıb.

